Oxu.az xəbər verir ki,mərkəz rəhbəri Ermənistan paytaxtının tam mərkəzində bir qrup şəxsin Azərbaycan dilində "Qarabağ” mahnısını oxuduğu rezonans doğuran videonu ilk paylaşanlardan biri olub.
Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən müəyyən edilib ki, videoda əks olunan şəxslər İran vətəndaşlarıdır. Onlar dekabrın 30-dan yanvarın 3-dək turist qismində Ermənistanda olublar.
Erməni təhlükəsizlik qüvvələri onların adlarını açıqlayıb:
Milad Kaqramaniafşar, Behzad Qafari Şabanlou, Mehdi Mohammadi, Hamed Azizi Maleki və Nader Qafari.
Qurumdan qeyd edilib ki, Ermənistanda Azərbaycan dilində mahnı oxumaq qadağan olunmayıb. Amma belə videoların internetdə yayılması qadağandır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !