İREX-in ofisində axtarış və müsadirə

22:26 | 05.09.2014
İREX-in ofisində axtarış və müsadirə

İREX-in ofisində axtarış və müsadirə

Bu gün günün ikinci yarısında prokurorluq işçiləri Amerikanın İREX təşkilatının ofisinə gəliblər. “Qafqazinfo” Turan-a istinadən xəbər verir ki, onlar məhkəmə qərarı göstərərək, avadanlıqları – bütün elektron daşıyıcıları, habelə bu QHT-nin sənədlərini müsadirə etməyə başlayıblar.Prokurorluq işçiləri cümə günü saat 11.00-da ofisə gəliblər, saat 17.00-da sənədlərin müsadirəsi davam edirdi.İREX-dən şərh almaq mümkün olmayıb, təşkilatın telefonları cavab vermir.Baş Prokurorluğun mətbuat xidmətindən də şərh almaq mümkün olmayıb.Xatırladaq ki, iyulda İREX-in bank hesabları dondurulub, təşkilat nümayəndəliyinin rəhbəri isə ölkəni tərk edib.Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində may ayından etibarən bir sıra yerli və xarici QHT-lərə qarşı cinayət işi aparılır. Bu iş çərçivəsində artıq dörd hüquq müdafiəçisi həbs edilib.Qeyd edək ki, İREX Azərbaycan KİV və QHT-ləri üçün əsas xarici donorlardan biridir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM