İş yerini itirmiş məcburi köçkünlərə şad xəbər

13:23 | 10.02.2014
İş yerini itirmiş məcburi köçkünlərə şad xəbər

İş yerini itirmiş məcburi köçkünlərə şad xəbər

Nazirlər Kabineti “Büdcədən maliyyələşən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında” qərar qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qərar 2014-cü il yanvarın 1-dən etibarən qüvvəyə minib. Qərara əsasən, Ermənistan Silahlı Qüvvələri tərəfindən ərazilərin işğalı nəticəsində doğma yurdlarından didərgin düşmüş, həmin müddətədək büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə orta aylıq əməkhaqqı verilməsinin müddəti 2015-ci il yanvarın 1-dək uzadılıb. Aidiyyəti nazirlik, dövlət orqanları və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə məcburi köçkünlərin müvafiq boş iş yerlərində işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsinin daha da gücləndirilməsi də tapşırılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM