İşdən çıxan rəis müavini Azər Cahangirov yeni vəzifəyə təyinat aldı

15:41 | 17.02.2014
İşdən çıxan rəis müavini Azər Cahangirov yeni vəzifəyə təyinat aldı

İşdən çıxan rəis müavini Azər Cahangirov yeni vəzifəyə təyinat aldı

Bir neçə ay əvvəl öz raportu ilə işdən çıxan Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini Azər Cahangirov yeni vəzifəyə təyin edilib.APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovniki Azər Cahangirov Baş Cinayət Axtarış İdarəsinə təyinat alıb. Qeyd edək ki ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Azər Cahangirov 2013-cü ilin noyabrında Daxili İşlər Nazirliyinin rəhbərliyinə raportla müraciət edərək işdən azad edilməsini xahiş edib. Raportu əsasında tutduğu vəzifədən azad edilən A. Cahangirov bir neçə ay sərəncamda olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM