İşdən çıxarılan məmura yeni vəzifə

15:59 | 01.07.2014
İşdən çıxarılan məmura yeni vəzifə

İşdən çıxarılan məmura yeni vəzifə

Kənd Təsərrüfatı Nazirliyinin keçmiş şöbə müdiri Sabir Vəliyevə yeni vəzifə verilib. 
ANN.Az Movqe.az-a istinadən xəbər verir ki, nazirliyin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin sabiq müdiri Sabir Vəliyev Tovuz Baltiya LTD-nin nəzdindəki Azərfrans şirkətinə baş direktor təyin edilib. Məlumatı Tovuz Baltiya LTD-dən də təsdiqləyiblər. 
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin 17 mart 2014-cü il tarixli, 69k nömrəli əmri ilə Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Vəliyev Sabir Yadigar oğlu ilə bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM