İŞİD bu müğənnini öldürəcək - VİDEO

09:16 | 16.07.2014
İŞİD bu müğənnini öldürəcək - VİDEO

İŞİD bu müğənnini öldürəcək - VİDEO

Klipdəki görüntülər İŞİD üzvlərini qıcıqlandırıb

İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması üzvləri kürd müğənninin klipinə görə öldürüləcəyini açıqlayıb.ANS PRESS-in məlumatına görə, məşhur kürd pop müğənnisi Helli Luv "Hər şey üçün risk et" adlı klipini internetdə yayımladıqdan sonra İŞİD silahlılarının ölüm siyahısına daxil edilib.Müğənninin klipdə qadın peşmərgələrlə molotof kokteyli atması, əllərində "Kalaşnikov" avtomatların olan qadınlarla rəqs etməsi İŞİD üzvlərini qıcıqlandırıb. Fevral ayında "Youtube" sosial şəbəkəsində yayımlanan klip 2,5 milyon internet istifadəçisi tərəfindən izlənilib.Helli həmin klipə görə ölümlə hədələndiyini bildirib. O, klipdə əsas mesaj xalqının ruhunu, müstəqillik mübarizəsini və bu yolda döyüşməyin də lazımlı olduğunu vurğulayır.Qeyd edək "Twitter" mikro-bloqunda ABŞ prezidenti tərəfindən də izlənilən müğənninin klipi Barak Obamanın da xoşuna gəlib.ANN.Az

Helly Luv - Risk It All - New Clip 2014 - Full... by sozbaznet
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti