İŞİD-ə qoşulmuş bir qrup Azərbaycan vətəndaşı Türkiyədə yaxalandı

10:26 | 10.09.2016
İŞİD-ə qoşulmuş bir qrup Azərbaycan vətəndaşı Türkiyədə yaxalandı

İŞİD-ə qoşulmuş bir qrup Azərbaycan vətəndaşı Türkiyədə yaxalandı

Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətində antiterror polisi İŞİD-ə qoşulmuş bir qrup Azərbaycan vətəndaşını həbs edib.

ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, həmin şəxslər Hatayın Reyhanlı qəsəbəsində yaxalanıblar. Polisin bildirdiyinə görə İŞİD-ə mənsub olan 10 Azərbaycan və Misir vətəndaşı həbs olunduqdan sonra müayinə üçün xəstəxanaya aparılıb, daha sonra Hatay polisinin təcridxanasına yerləşdirilib.

Onların barəsində hansı tədbirin görüləcəyi daha sonra müəyyənləşdiriləcək. Ehtimal olunur ki, bu şəxslər qəddar terror təşkilatının tərkibində döyüşmək üçün Suriyaya keçməsi planlaşdırırmış.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb