İŞİD liderinin Ceyms Bond saatı - FOTO

12:27 | 07.07.2014
İŞİD liderinin Ceyms Bond saatı - FOTO

İŞİD liderinin Ceyms Bond saatı - FOTO

İraq Şam İslam Dövlətinin (IŞİD) lideri Əbubəkr əl-Bağdadinin yeni fotosu müzakirələrə səbəb olub. ANS PRESS-in məlumatına görə, bir məsciddə xütb oxuyarkən görüntülən IŞİD lideri Əbubəkr əl-Bağdadinin qolundakı saatın bahalı bir marka olduğu bəlli olub. Belə ki, saatın markasının "Rolex", "Sekonda" və ya "Omega Seamaster" ola biləcəyi ehtimal olunur.6 min dollarlıq "Omega Seamaster" qol saatları 1995-ci ildən etibarən çəkilən Ceyms Bond filmlərinə uyğunlaşdırılaraq istehsal olunur. Bağdadinin bu cür saat taxmasına xarici mətbuatda geniş yer verilib.Qeyd edək ki, Əbubəkr əl-Bağdadi İraq Şam İslam Dövləti tərəfindən xəlifə elan edilib. Bağdadi bundan sonra özünə İbrahim adını götürüb. O, xəlifə elan edilməsiylə əlaqədar da danışıb. ''Mənə ağır bir məsuliyyət və uca bir vəzifə verildi'',-deyə İŞİD lideri söyləyib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM