Türkiyədə prezidentliyə namizəd Ekmeleddin İnsanoğlu seçki kampaniyası zamanı İzmiri ziyarət edərkən türkmən qızların İraqda yaşadıqları dəhşətli məqamlara da toxunub. Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İhsanoğlu deyib ki, İraqda türkmənlərin başına gələnlər unudulur:
“Bir tərəfdən Qəzzadakı qardaşlarımızla həmrəylik nümayiş etdiririk, İraq türklərinin uğradığı qırğınlar, qızların uğradığı təcavüzlər unudulur. Sırf fələstinlimi olmaq lazım? Bir az da türklərlə Allah rizası üçün həmrəylik içərisində olaq. Dünən türkmən liderlər gəldilər yanıma, elə faciəvi hadisələr danışdılar ki... 13-14 yaşındakı qıza İraq Şam İslam Dövlətini yaraqlıları dəfələrlə təcavüz edir, filmə çəkirlər, sonra da elektrik dirəyindən asıb öldürülürlər.
Belə bir vəhşilik hökm sürür. 50 min adam susuz, qidasızdır. Sığınacaq yerləri yoxdur, bunlara heç kim bir şey etmir. Varsa yoxsa Qəzza. Amma Qəzzaya də edilən bir şey yox. Yoxsa sonumuz bir az davalı bir müddət olacaq. Biz döyüş deyil, vətənimizdə dinclik istəyirik. Yurdda sülh dünyada sülh istəyirik”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !