Daşkənd İslam Kərimovu son mənzilə yola saldı

10:12 | 03.09.2016
Daşkənd İslam Kərimovu son mənzilə yola saldı

Daşkənd İslam Kərimovu son mənzilə yola saldı

 Özbəkistan prezidenti İslam Kərimovu son mənzilə yola salmaq üçün Daşkənd sakinləri küçələrə axışıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 05:00-də İslam Kərimovun cənazəsi paytaxtın "Cənub” hava limanına aparılacaq. Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilib.
 
İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə baş tutacaq. Prezidentin vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan ediləcək.
 
İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM