İsmayıllıda güclü külək fəsadlara yol açdı

17:30 | 12.11.2015
İsmayıllıda güclü külək fəsadlara yol açdı

İsmayıllıda güclü külək fəsadlara yol açdı

Bu gecə İsmayıllıda baş verən güclü külək bir sıra fəsadlara yol açıb.

Axşam saatlarından başlayan külək gecə saatlarında daha da güclənib.

Yol kənarında olan bəzi iri gövdəli ağacları güclü külək qıraraq aşırıb. Küləyin şiddətinə tab gətirməyərək aşan ağacların bəziləri isə elektrik naqillərinin üzərinə düşüb. Ona görə də gecə saatlarından rayona elektrik enerjisi verilməsində fasilələr yaranıb.Bütün kəndlər, eləcə də şəhər mərkəzində elektrik enerjisinin verlişi dayandırılıb. 

ANS PRESS-in məlumatına əsasən rayonun Gəraybəyli kənd sakininə məxsus bir evin üzərinə ağac aşıb, tikilinin dam örtüyünü yararsız hala salıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.Təbiət hadisəsinin rayonda bir sıra təsərrüfatlara da ziyan vurduğu deyilir.

Külək eləcə də bəzi evlərin, tikililərin dam örtüyünü dağıdıb. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dəyən ziyanın nəticələrini aradan qaldırmaq üçün tədbirlərə başlanılıb.Səhər saatlarından rayonda elektrik enerjisinin verlişi bərpa edilib. Qırılan, aşan ağaclar isə ərazidən təmizlənib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM