İsmayıl Ömərovdan SƏRT AÇIQLAMA

20:14 | 18.08.2014
İsmayıl Ömərovdan SƏRT AÇIQLAMA

İsmayıl Ömərovdan SƏRT AÇIQLAMA

"Ola bilər, bunu yazan jurnalisti gün vurub, beynində qıcqırma olub"İctimai Televiziyanın sabiq baş direktoru İsmayıl Ömərov qızı və kürəkəninin işdən çıxarılması ilə bağlı bəzi saytlarda gedən məlumata münasibət bildirib.ANS PRESS-ə açıqlamasında İsmayıl Ömərov bu məsələnin bir il öncə baş verdiyini və nə səbəbə indi gündəmə gəldiyini anlamadığını deyərək bunları bildirib:”Başa düşürəm, havalar indi yaman istidir. Ola bilər, bunu yazan jurnalisti gün vurub, beynində qıcqırma olub. Məsləhət görürəm, həkimə müraciət eləsin”.İctimai Televiziya isə sabiq baş direktor İsmayıl Ömərovun qızı, London bürosunda baş prodüser vəzifəsində çalışan Səmədova Könül və kürəkəni Səmədov Ruzi ilə çoxdan öz ərizələri ilə əməkdaşlığa xitam verdiyi deyir.Xatırladaq ki, Cəmil Quliyev İTV-ə baş direktor təyin olunduqdan sonra televiziyada keçmiş baş direktor İsmayıl Ömərova yaxınlığı ilə tanınan böyük bir qrup əməkdaşın işdən azad edildiyi haqda ölkə mediasında yazılar dərc edilibANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür