Meşə yanğınları ilə əlaqədar 400 nəfər təxliyə edilib

12:28 | 04.07.2017
Meşə yanğınları ilə əlaqədar 400 nəfər təxliyə edilib

Meşə yanğınları ilə əlaqədar 400 nəfər təxliyə edilib

Yanğınla mübarizəyə 130 yanğınsöndürən və 19 amfibiya təyyarə, helikopter cəlb edilib.

İspaniyanın Andalusiya muxtar birliyinin Yelva vilayətində meşə yanğınları ilə əlaqədar 400 nəfər təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" birliyin fövqəladə vəziyyətlər üzrə xidmətinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Minas-de-Riotinto bələdiyyəsi ərazisində iki yanğın mənbəyi qeydə alınıb. Artıq bir neçə saatdır yanğına nəzarəti ələ almaq mümkün deyil.

Hadisə ilə əlaqədar El-Kampilyo şəhərinin şimalında, habelə Trasleserra qəsəbəsində yaşayan 250 nəfər təxliyə edilib. Daha 140 nəfər isə təhlükəsizlik tədbirləri ilə əlaqədar El-Kampilyodakı intellektual imkanları məhdud olan insanlar üçün mərkəzdən müvəqqəti olaraq idman kompleksinin ərazisinə yerləşdirilib.

El-Kampilyoya yaxınlaşmaqda olan yanğınla əlaqədar yolun bir hissəsi bağlı saxlanılır. Yanğınla mübarizəyə 130 yanğınsöndürən və 19 amfibiya təyyarə, helikopter cəlb edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb