İsrail COP29-da milli pavilyon quracaq

17:18 | 21.08.2024
İsrail COP29-da milli pavilyon quracaq

İsrail COP29-da milli pavilyon quracaq

İsrail hökuməti noyabrın 11-22-də Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı iqlim dəyişikliyi məsələləri üzrə 29-cu konfransda (COP29 ) milli pavilyonun qurulmasına 6,5 milyon şekel (1 745 000 dollar) ayrıldığını təsdiqləyib. Bu barədə İsrailin "Kalkalist” iqtisadi nəşri buldirib.

Pavilyonda İsrailin iqlim sahəsindəki texnoloji inkişafları təqdim ediləcək. Məlumatın dərc edildiyi an məlum olub ki, nümayəndə heyətinə İsrail prezidenti İshak Hersoq daxildir. O, tədbirdə çıxış edəcək. Nümayəndə heyətində bir neçə nazir də var.

Pavilyonun qurulması ilə bağlı hökumətin qərarında qeyd olunur ki, bu yolla İsrail iqlim böhranının aradan qaldırılmasına yönələn texnologiyalarda öz rolunu dünya səviyyəsində nümayiş etdirəcək.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti