İsrail professoru Fələstin qadınlarını zorlamağa çağırıb

10:20 | 25.07.2014
İsrail professoru Fələstin qadınlarını zorlamağa çağırıb

İsrail professoru Fələstin qadınlarını zorlamağa çağırıb

“Bu, terroristləri saxlaya biləcək yeganə üsuldur”.Bar-İlan İsrail Universitetinin professoru Mordexay Kedar yerli radiostansiyaların birinin efirində HƏMAS ekstremist hərəkatı yaraqlılarına qarşı durmaq üçün Fələstin qadınlarını zorlamağa çağırıb, bunu RİA Novosti Haarez nəşrinə istinadən bildirir.“Günahsız uşaqları qətlə yetirən terrorçuları yalnız qızlarının və ya analarının zorlanmasını biləcəkləri dayandıra bilər”, - o deyib. Kedarın fikrinə görə “bu, kamekadze-terrorçunu yolundan dönüb evinə qayıtmağa məcbur edə biləcək yeganə amildir”. İsrail professorunun fikirləri yerli əhali arasında narazıçılıq dalğasına səbəb olub. Fəallar universitet rəhbərliyinə, Kedarın nitqini qınayaraq onun sözlərini “təxribatçılıq” adlandırdıqları məktub ünvanlayıblar.

Universitet nümayəndələri isə öz növbələrində “Kedarın sözləri sadəcə acı həqiqəti ifadə edən təsvirdir və heç bir hərəkətə sövq etmir” deyə müəllimi müdafiə ediblər. (oxu.az)

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM