İsrail qırıcısı vuruldu

17:16 | 23.07.2014
İsrail qırıcısı vuruldu

İsrail qırıcısı vuruldu

“Həmas“ hərəkatı İsrail qırıcısını vurduğunu açıqlayıb. ANS PRESS-in məlumatına görə, “Həmas”ın hərbi qanadı olan İzzəddin əl-Kassam Tuqayları Qəzza səmasında İsrailə aid bir ədəd F16 qırıcısını raketlə vurduğunu bəyan edib.
F16-nın Qəzzanın mərkəzini bombardman etmək istəyərkən zərərsizləşdirildiyi bildirilir. İsrail tərəfi qırıcının vurulması ilə bağlı hələ ki, heç bir açıqlama yaymayıb.
Qeyd edək ki, İsrail ordusu iyunun 7-də Qəzzada hava, iyunun 17-də isə quru əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı 635 fələstinlinin öldüyü, 4 min fələstinlinin isə yaralandığı bildirilir. İsrail ordusu isə 15-ə yaxın əsgərini itirib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM