​İsrailə NATO-da nümayəndəlik açmağa icazə verilib

11:07 | 04.05.2016
​İsrailə NATO-da nümayəndəlik açmağa icazə verilib

​İsrailə NATO-da nümayəndəlik açmağa icazə verilib

İsrailə NATO-nun Brüsseldəki mənzil-qərargahında nümayəndəlik açmasına icazə verilib.

"Report" xəbər verir ki, bu haqda İsrail KİV-i məlumat yayıb.

Yəhudi dövlətinin baş naziri Binyamin Netaniyahu NATO rəhbərliyinin bu addımnını alqışlayaraq, bunun İsrailin təhlükəsizliyinə töhvə olduğunu bildirib.
Ölkənin Avropa İttifaqındakı səfiri David Veltser vurğulayıb ki, Türkiyə İsrailin NATO-nun təlim və əməliyyatlarında  iştirakına tətbiq etdiyi vetonu götürüb.
Məlumata əsasən, İordaniya və Bəhreynin də NATO-nun mənzil-qərargahında nümayəndəliyi var.

İnformasiyada o da bildirilib ki, yəhudi hökuməti NATO-dan hələ rəsmi təsdiq almayıb.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM