İsrailin Azərbaycandakı keçmiş səfiri korrupsiyada ittiham olunur

19:29 | 08.07.2014
İsrailin Azərbaycandakı keçmiş səfiri korrupsiyada ittiham olunur

İsrailin Azərbaycandakı keçmiş səfiri korrupsiyada ittiham olunur

İsrail dövlətinin Azərbaycandakı keçmiş səfiri Artur Lenk ölkəsində korrupsiyada ittiham olunur. Modern.az “Novoye İzvestiya” qəzetinə (Rusiya) istinadən xəbər verir ki, A. Lenk korrpusiya qalmaqalı və silah ticarəti ilə məşğul olan milyarderlə əlaqələrdə ittiham olunur. Belə ki, hazırda İsrailin Cənubi Afrika Respublikasında səfiri olan diplomat Ayvor İçikoviçdən bahalı bəxşişlər almaqda şübhəli bilinir.

A. Lenk öz facebook- səhifəsində CAR-lı biznesmenlə keçirdiyi istirahət anlarını, bir gecəsi 1700 dollara olan mehmanxanada gecələməsini və həyat yoldaşı, 3 qızı ilə birlikdə safari səyahətlərini təsvir edən fotoları paylaşıb. Güman olunur ki, milyarder İçikoviç Lenkin bütün xərclərini şəxsən ödəyib. Halbuki İsrail Xarici İşlər Nazirliyinin xidməti təlimatları bunu qəti qadağan edir.

Qeyd edək ki, Artur Lenk 2005-2009-cu illərdə İsrailin Azərbaycandakı səfir olub.  

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM