İsrailli futbolçuları döydülər - FOTO

10:17 | 24.07.2014
İsrailli futbolçuları döydülər - FOTO

İsrailli futbolçuları döydülər - FOTO

Bəzi futbolçular etirazçı gənclərin yumruqlarından nəsibini alıbAvstriyada oynanan Lilli - Makkabi Haifa hazırlıq matçında Fələstinli tərəfdarlar sahəyə girərək İsrailli futbolçuları döyüb. Matç boyunca Fələstin və Türk bayraqları yelləyən etirazçılar matçın qurtarmasına 5 dəqiqə qalmış sahəyə girib. ANS PRESS-in məlumatına görə, bu zaman tərəfdarlarla oyunçular arasında yumruq döyüşü başlayıb.Bir tərəfdar Makkabili oyunçuya təpik ataraq onu yerə yıxır. Bəzi futbolçular da etirazçı gənclərin yumruqlarından nəsibini alıb. Polis ortaya girdikdən sonra, Makkabili oyunçular stadionu tərk edə biliblər. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM