İşsizlərin nəzərinə: şad xəbər

15:35 | 07.11.2014
İşsizlərin nəzərinə: şad xəbər

İşsizlərin nəzərinə: şad xəbər

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bölgələrdə keçirilən Əmək yarmarkaları noyabrın 7-də Mingəçevir şəhərində davam etdirilib.

ANN.Az “Report”a istinadən bildirir ki, bu barədə məlumat nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yarmarkada işsiz və işaxtaran vətəndaşlara şəhər ərazisində fəaliyyət göstərən 36 müəssisə üzrə 201 boş (vakant) iş yeri təqdim edilib. Təqdim olunan boş iş yerlərinin 123-ü qulluqçu, 78-i fəhlə peşələri üzrə olub. Tədbirə çıxarılan boş iş yerlərində əmək haqqı 105-715 manat arasında dəyişib. Yarmarkada boş iş yerləri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edib. Tədbirin nəticəsi kimi 54 nəfərə boş iş yerlərinə göndəriş verilib, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 2 nəfər kvota üzrə ayrılmış iş yerlərinə göndərişlə təmin edilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM