İstanbul aeroportunda azərbaycanlı 1 milyon dollarlıq zümrüdlə tutuldu

16:02 | 04.07.2016
İstanbul aeroportunda azərbaycanlı 1 milyon dollarlıq zümrüdlə tutuldu

İstanbul aeroportunda azərbaycanlı 1 milyon dollarlıq zümrüdlə tutuldu


Xaricdən Türkiyəyə qaçaqmalçılıq yolu ilə zinət əşyası gətirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.
 
APA-nın "Milliyet”ə istinadən verdiyi xəbərə görə, İstanbul polisinə Sabiha Gökçen Hava Limanından ölkəyə qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyası gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub. Məlumatla əlaqədar Azərbaycan vətəndaşı Y. D. nəzarətə götürülüb. Onun aeroportun yük yerindən götürdüyü qutuya baxış keçirilərkən 5,5 kq xam vəziyyətdə olan zümrüd aşkarlanıb. Məlum olub ki, xam məhsul İstanbuldakı Qapalıçarşı Ticarət Mərkəzində hazırlandıqdan sonra satılmaq üçün ölkəyə göndərilib.
 
Qiymətli qaşın 1 milyon dollar dəyərində olduğu bildirilir.
 
Y. D. Dindirildikdən sonra deportasiya 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb