İstanbul polisi antiterror əməliyyatı keçirir

10:15 | 10.06.2016
İstanbul polisi antiterror əməliyyatı keçirir

İstanbul polisi antiterror əməliyyatı keçirir

Bu gün səhər saatlarında Türkiyə polisi İstanbulda antiterror əməliyyatlarına başlayıb. 

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti yazıb.

Əməliyyat çərçivəsində adları hələ açıqlanmayan artıq 20-ə yaxın şəxsin saxlanıldığı bildirilir.

Qəzetin verdiyi məlumata görə, antiterror əməliyyatları bu gün Türkiyənin digər iri şəhərlərində də həyata keçiriləcək. Sonuncu dəfə İstanbulda belə əməliyyat mayın 27-də keçirilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM