İstanbulda məktəbə BOMBALI HÜCUM

09:55 | 08.11.2016
İstanbulda məktəbə BOMBALI HÜCUM

İstanbulda məktəbə BOMBALI HÜCUM

İstanbulun bir məktəbin damına "Molotov kokteyli" atılıb.

Milli.Az NTV-yə istinadən bildirir ki, Sultanbəyidə, Hamidiye Məhəlləsi Akşit Küçəsindəki Mövlana orta məktəbinin damına şəxsiyyəti hələlik müəyyən edilməyən şəxs və ya şəxslər tərəfindən "Molotov kokteyli" ilə hücum edilib.

Hadisə yerinə polis və xilasetmə qrupları cəlb edilib.

Məktəbin damındakı yanğın dərhal yanğınsöndürənlər tərəfindən söndürülüb.

Polis hücumu reallaşdıran şəxslərin tutulması üçün istintaqa başlayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb