İstedadlı balacalar - 704

16:56 | 12.08.2014
İstedadlı balacalar - 704

İstedadlı balacalar - 704

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı keçirilən müsahibələrdə iştirak edən uşaqlardan 704-ü I sinfə qəbul olunub. Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən məlumata görə, 529 nəfər isə müsahibədən keçə bilməyib. Qeydiyyatdan keçən 47 şagird müsahibəyə qatılmayıb. İdarədən o da bildirilib ki, müsahibədə iştirak edərək, qəbul olmayanlar yenidən qeydiyyatdan keçə bilməzlər. Hazırda qeydiyyatdan keçmiş 3012 nəfər müsahibəni gözləyir. Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı müsahibələrə avqust 5-dən start verilib. Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeliyində olan məktəblərə qəbul elektron ərizələr vasitəsilə aparılır. Elektron ərizələrin qəbulu avqust ayının 20-dək, müsahibələr isə sentyabrın 10-na qədər davam edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM