İstifadəsi tövsiyyə olunmayan yolların adları açıqlanıb

14:53 | 15.10.2024
İstifadəsi tövsiyyə olunmayan yolların adları açıqlanıb

İstifadəsi tövsiyyə olunmayan yolların adları açıqlanıb

Son günlər davamlı yağışlardan sonra, xüsusilə ölkənin dağlıq və dağətəyi bölgələrində ekzogen geoloji proseslərin aktivləşməsi müşahidə olunur. Bu barədə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev məlumat verib.


O bildirib ki, intensiv yağıntılar bəzi bölgələrdə yerli sürüşmə proseslərinin aktivləşməsi və sürüşmə ehtimalının artması üçün şərait yaradıb.


"Nəticədə, respublikanın bir sıra ərazilərində, xüsusilə Bakı-Şamaxı, Şamaxı-Pirqulu və Şamaxı-İsmayıllı yolları boyunca mövcud sürüşmə sahələrinin aktivləşməsi ehtimalı yüksəkdir," – Əliyev qeyd edib.


Rəsmilər bu istiqamətlərdə hərəkət edərkən ehtiyatlı olmağı və alternativ yollar olduqda, digər marşrutlardan istifadə etməyi tövsiyə ediblər.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM