İstilərdə evi sərin saxlamağın Sadə yolları

20:17 | 20.08.2014
İstilərdə evi sərin saxlamağın Sadə yolları

İstilərdə evi sərin saxlamağın Sadə yolları

Evi sərin saxlamağın və sağlam mikroiqlim yaratmağın sadə üsullarını oxuculara təqdim edirik. Qoy mənziliniz sizinçün ən rahat, ekoloji təhlükəsiz yer olsun.

 

1. Günəş şüalarının otağı isitməsinin qarşısını alın. Bunu müxtəlif üsullarla edə bilərsiniz: pəncərəyə rulon şəklində pəncərə pərdələri, jalüz asmaqla. Lakin ən əlverişli və müasir vasitə isə pəncərə şüşəsinə yapşdırılan və işığı içəri buraxsa da, istiliyi saxlayan plyonkalardır. 

 

2. Evin havasını münasib vaxtda dəyişin. İsti hava və tozu içəri buraxmamaq üçün gündüzlər pəncərələri bağlı saxlayın. Otağın havasını səhər tezdən və gün batandan sonra dəyişin. 

 

3. Evdəki artıq əşyaları yığışdırın. Əsas da xalçaları. İstidə təmizlənmiş döşəmədə ayaqyalın gəzmək çox xoş olur. Həm də bu, evdə daha az toz yığınına, onun asanlıqla təmizlənməsinə kömək edir.  

 

4. Evdə havanı nəm saxlayın. Bunun üçün xüsusi havanəmləndirici vasitələrdən istifadə edə bilərsiniz. Yox, əgər sizdə belə vasitələr yoxdursa, hər gün səhər soyuq su ilə yuyulmuş təmiz dəsmalla evi təmizləmək lazımdır. Bu, həm tozun qarşısını alar, həm də evdə təmiz hava yaradar.   

 

5. Elektriklə işləyən məişət əşyalarından maksimum az istifadə edin. Televizor, kompüter, hətta elektrik lampalarından da istilik ayrılır. Odur ki, elektik əşyalarından daha az istifadə etməklə həm elektrik enerjisinə qənaət edər, həm də evin artıq isidilməsindən qaça bilərsiniz.    

Axar.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür