İstilik sobası alarkən diqqətli olun - Əks halda...

16:42 | 22.10.2016
İstilik sobası alarkən diqqətli olun - Əks halda...

İstilik sobası alarkən diqqətli olun - Əks halda...

Mənzillərin isidilməsində insanlar kombilərlə yanaşı, qaz sobalarına da üstünlük verirlər. Bu sobların istifadəsi zamanı isə diqqətli olmaq lazımdır. İstismara verilən zaman edilən hər hansi bir müdaxilə həyatınız bahasına başa gələ bilər.

Mövsüm səbəbi ilə təlabatın artması qaz sobalarının təhlükəsizliyini gündəmə gətirib. Mütəxəsislər bildirir ki, problem yaşanmaması üçün sobaları quraşdırarkən və istifadə zamanı bəzi nüanslara fikir vermək lazımdır.

Ən əsas problem isə bacada bəzi detallar müdaxilə edəndə ortaya çıxır.

Digər məqam standartlardır. Standartaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi standarta əsasən bütün sobalar xüsusi laboratoriyalarda yoxlanıldıqdan sonra sertifikat alır və satışa çıxarılır.

Komitənin sözçüsü Fazil Talıblının sözlərinə görə, sobalarda əsas təhlükəsizliyi təmin edən klapanlardır ki, bu da olmazsa, sertifikat verilmir və satışına qadağa qoyulur. Alarkən də bununla bağlı sertifikatı tələb etmək lazımdır.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Adil Xəlilov isə deyir ki, sobalar müdaxiləsiz istismara verilməlidir.
 
ANN.Az Xəzər Xəbər-ə istinadən süjeti təqdim edir:
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM