İtkin düşmüş azərbaycanlıların sayı açıqlandı

15:55 | 24.01.2014
İtkin düşmüş azərbaycanlıların sayı açıqlandı

İtkin düşmüş azərbaycanlıların sayı açıqlandı

"Hazırda BQXK-nın Azərbaycandakı nümayəndəliyində 3765 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdan keçib". ANS PRESS-in məlumatına görə, bu barədə bu gün Bakıda keçirdiyi brifinqdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duran deyib. O bildirib ki, müraciət edən bu şəxslər, ailə üzvləri BQXK-ya müraciət edərək öz yaxınının itkin düşdüyü barədə məlumat verənlərdir:"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında meyarlar başqa cürdür. Yəni itkin düşmüş şəxslər barədə ailə üzvləri, yaxınları, dövlət orqanları müraciət edə bilər. Məhz buna görə də onlarda olan rəqəmlərlə bizdə olan rəqəmlər arasında fərq olması başadüşüləndir. Bununla belə, biz siyahıları uyğunlaşdırırıq. Hazırda Dövlət Komissiyasının siyahısında itkin düşən şəxs kimi 4035 nəfərin adı var".Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin taleyi və Azərbaycanla Ermənistan hökumətləri arasında mövcud əməkdaşlığın səviyyəsini də dəyərləndirən Deniz Duran tərəflərin itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılmasında maraqlı olduqlarını deyib:"Hər iki tərəf BQXK ilə sıx şəkildə əməkdaşlıq edir və bu özü müsbət göstəricidir. Lakin tərəflər arasında birbaşa əlaqə mövcud deyil. Siyasi mühit dövlət komissiyaları arasında əlaqələri çətinləşdirir. Ümid edirik ki, gələcəkdə bu birbaşa əlaqə mümkün olacaq".Deniz Duran Suriyada döyüşlərdə azərbaycanlının həlak olması barədə məlumatlara da münasibət bildirib:“Təəssüf ki, xarici döyüşçülərin taleyinin aydınlaşdırılması ilə bağlı bizim Suriyada fəaliyyətimiz həddən artıq məhduddur. Biz tərəflərlə danışıqlar apararaq Suriyada müxtəlif ərazilərə daxil olmağı təmin etməyə çalışırıq. Təəssüf ki, Suriyadakı nümayəndəliyimiz xaricilərlə bağlı bu xidməti təklif edə bilmir”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM