İTV-nin 5 aparıcısı işdən qovuldu

14:45 | 28.02.2014
İTV-nin 5 aparıcısı işdən qovuldu

İTV-nin 5 aparıcısı işdən qovuldu

İctimai Televiziyanın daha beş əməkdaşı işdən azad olunub. AzNews.az-a daxil olan məlumata görə, onlar əsasən İnformasiya departamentinin əməkdaşlarıdır. İşdən çıxarılanlardan hələlik 3-nün adını dəqiqləşdirmək mümkün olub:1. Tamella Şirinova – aparıcı2. Səlminə Ələkbərli – aparıcı3. Şakir Qurbanov – radio aparıcıAzNews.az-ın əməkdaşı işdən çıxarılanlarla əlaqə saxlayıb. Tamella Şirinova hələlik bu barədə danışmaq istəməyib: “İndiki məqamda heç nə danışmaq istəmirəm. Sonra danışarıq”.Səlminə Ələkbərli isə İTV-dən çıxdığını təsdiqləyib və deyib ki, bununla bağlı ərizəni ötən gün yazıb: “Artıq bu gündən İTV-yə işə çıxmıram”.İnformasiya departamentinin rəhbəri Mehparə Quliyeva isə xəbəri nə təsdiq, nə də təkzib etdi: “Mənim bu barədə dəqiq məlumatım yoxdu. Yalnız onu deyə bilərəm ki, bir departament rəhbəri kimi istəməzdim, yaxşı işçiləri İTV-dən uzaqlaşdırsınlar”. “Əgər yaxşı işçidilərsə, niyə uzaqlaşdırılırlar” sualına isə belə cavab verib: “Onu məndən soruşmayın. Onu həmin işçiləri çıxaran adamdan soruşun. Departament rəhbəri kimisə işdən çıxarmır”.Qeyd edək ki, həmin şəxslərin işdən uzaqlaşdırılmasına səbəb kimi müqavilə müddətlərinin bitməsi göstərilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM