İxtisas seçimində nələrə diqqət etməli? - TQDK-dan açıqlama

14:02 | 23.07.2014
İxtisas seçimində nələrə diqqət etməli? - TQDK-dan açıqlama

İxtisas seçimində nələrə diqqət etməli? - TQDK-dan açıqlama

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi iyulun 24-dən avqustun 5-dək aparılacaq. ANN.az-ın məlumatına görə, qəbul aparılan ixtisaslar və onların kodları, ixtisaslar üzrə plan yerləri “Abituriyent” jurnalının 4-cü sayında təqdim olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ixtisas seçiminə kömək məqsədilə hər bir ixtisas qrupunun abituriyentləri üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsait də çap edib.
Vəsaitlərdə hər bir ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri, müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim olunub.
Qeyd olunan vəsaitləri TQDK-nın binası qarşısındakı “Abituriyent” köşkündən almaq olar, vəsaitləri həmçinin elektron formatda (pdf)http://eservices.tqdk.gov.az/ejurnal linkinə keçərək əldə etmək mümkündür.
TQDK-nın nəşrlərinin elektron versiyalarının satışı sistemi - Qeydiyyat və sistemə daxil olma eservices.tqdk.gov.az
Qeyd edək ki, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi avqustun 8-dən 13-dək aparılacaq. İxtisas seçimində ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi ilə bağlı ətraflı məlumat 5 saylı “Abituriyent” jurnalında təqdim olunub.
  
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM