İynə vurulan 24 yaşlı qız öldü

17:08 | 03.07.2014
İynə vurulan 24 yaşlı qız öldü

İynə vurulan 24 yaşlı qız öldü

Bu gün Xaçmazın Xudat şəhərində gənc qadın xəstəxanada vurulan iynədən sonra ölüb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Xaçmaz Mərkəzi rayon Xəstəxanasına gətirilən 24 yaşlı Sevinc Seyfulla qızı Mövludovaya iynə vurulub. İynədən sonra qadının halı daha da pisləşib və dünyasını dəyişib. 

Xəstəxananın baş həkiminin müavini Lətif Abbasovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, qadın xəstəxanaya anafilaksik şok diaqnozu ilə daxil olub.

“Qadın allergiya xəstəsi olub. Ona iynə vurulandan sonra vəziyyəti daha da kəskinləşib. Onun həyatını xilas etmək mümkün olmayıb”.

Həkim xəstənin ölüm səbəbinin araşdırıldığını əlavə edib.

Hazırda Sevinc Mövludovanın meyidi tibbi ekspertizaya göndərilib. 

Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətov ANS PRESS-in bölgə müxbirnə verdiyi məlumata görə, ekspertizanın nəticələrindən sonra qadının ölüm səbəbləri məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM