Jurnalistlər arasında velosiped yarışı keçiriləcək

19:44 | 16.07.2014
Jurnalistlər arasında velosiped yarışı keçiriləcək

Jurnalistlər arasında velosiped yarışı keçiriləcək

22 iyul - Milli Mətbuat günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası jurnalistlər arasında "Media Kuboku" adı altında velosiped yarışı təşkil edəcək.
Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən ANN.az-a verilən məlumata görə, iyulun 23-ü, səhər saat 10:00-da Veloparkda start götürəcək yürüşdə təkcə idman jurnalistləri deyil, həmçinin digər sahələrdən yazan müxbirlər, eləcə də fotoqraf və videooperatorlar da iştirak edə bilər.
Qeydiyyat iyulun 23-ü, səhər saat 09:00-da Veloparkda başlanacaq. Velosipedi və baş geyimi olmayan iştirakçılar müvafiq ləvazimatlarla təmin olunacaq. Yarışda ilk 3 yeri tutmuş iştirakçılar AzVİF tərəfindən qiymətli hədiyyələrlə təltif ediləcək.
"Media Kuboku"nda iştirak etmək istəyən mətbuat nümayəndələrindən xahiş olunur ki, iyulun 22-dək şəxsiyyət və iş vəsiqələrinin surətini, həmçinin əlaqə nömrələrini [email protected]/* */ ünvanına göndərsinlər. Maraqlananlar (012) 5667488 nömrəli telefona zəng edərək mətbuat xidməti ilə əlaqə saxlaya bilər.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM