Jurnalistlərin ikinci binasından xəbər var

20:41 | 15.07.2014
Jurnalistlərin ikinci binasından xəbər var

Jurnalistlərin ikinci binasından xəbər var

Bakının Bibiheybət qəsəbəsində, Yeni Salyan yolunda jurnalistlər üçün tikilən ikinci yaşayış binasının 7 mərtəbəsi inşa olunub. İyulun 15-də “Media forum” saytına danışan KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli belə deyib.Vüqar Səfərli qeyd edib ki, təyin olunmuş qrafikə uyğun olaraq binanın tikintisi davam etdirilir: “Bina ilə bağlı bütün sənədləşmə işləri bitib. Hər şey öz qaydasında gedir. 3 bloklu, 17 mərtəbəli və 255 mənzildən ibarət olacaq binanı 2015-ci ilin sonuna kimi təhvil vermək planlaşdırılır. Mənzillər 1, 2, 3 və 4 otaqlı olacaq”.2013-cü ildə ərazidə jurnalistlər üçün tikilmiş 156 mənzilli bina istifadəyə verilib. Açılış mərasimi iyulun 22-də olub və həmin gün ikinci binanın təməli qoyulub.Jurnalistlər üçün yaşayış binası dövlət vəsaiti hesabına tikilir və pulsuz paylanır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM