Kanada Çinə hava satacaq

22:41 | 16.12.2015
Kanada Çinə hava satacaq

Kanada Çinə hava satacaq

Son illər havası sürətlə çirklənən Çin Kanadadan təmiz hava balonları almağa başlayıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən il Kanadanın Edmonton şəhərində əsası qoyulan "Vitality Air” şirkəti 2 aydır ki, dağlardan toplanan təmiz hava balonlarını Çinə satır.

  "Bizim təmiz hava ilə dolu 500 balonluq ilk partiyamız 4 günə satıldı” - deyə şirkətin həmtəsisçisi Moisey Lem deyib. O yaxın yalarda daha 4 min balonu Çinə göndərəcklərini deyib.   Məlumata görə 7,7 litr həcmində hava ilə dolu balonların 1 ədədi  15 dollara satılır. Xüsusən, iri şəhərlərdə havanın çirklənməsi kəskin hiss olunur. 

"Vitality Air” şirkəti əsasən çətinliyin sifarişlərin ödənilməsi ilə bağlı olduğunu deyib. Son araşdırmalar Pekin şəhərinin havasında zərərli hissəciklərin miqdarının normadan 20 dəfə çox olmasını müyyən etmişdi.    

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb