“Kaş ki, mən ölərdim, o körpələr sağ qalardı” - Video

09:58 | 17.10.2021
“Kaş ki, mən ölərdim, o körpələr sağ qalardı” - Video

“Kaş ki, mən ölərdim, o körpələr sağ qalardı” - Video

Vətən müharibəsinin gedişində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür.

"Qafqazinfo”nun məlumatına görə, 17 oktyabr gecəsinin canlı şahidlərindən biri də raket zərbəsi nəticəsində ailəsinin 5 üzvünü itirən Rövşən Əsgərovdur.

Həmin dəhşətli faciədə R.Əsgərovun atası Suliddin Əsgərov, qardaşı Bəxtiyar Əsgərov, bacısı Sevil Əsgərova, S. Əsgərovanın 10 aylıq körpəsi Narin Xalıqova və R.Əsgərovun böyük bacısının 15 yaşlı qızı Nigar Əsgərova həlak olub.

Rövşən Əsgərovun özü dağıntılar arasından yüngül zədələrlə çıxarılsa da, anası ilə 15 yaşlı oğlu xəstəxanaya yerləşdirlmişdi.
Faciədən sonra əməkdaşlarımızla həmsöhbət olan R.Əsgərov o dəhşətli gecədən danışmışdı.

Həmin videoreportajı təqdim edirik:
 

 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM