Kaspşik Qarabağa gəldi

11:11 | 07.03.2018
Kaspşik Qarabağa gəldi

Kaspşik Qarabağa gəldi

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

Report xəbər verir ki, o, Xankəndində separatçı rejimin nümayəndələri ilə görüşüb.

Görüşdə qoşunların təmas xəttindəki vəziyyət müzakirə olunub.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Martin Şuster keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM