KATV-yə nə olub?

12:49 | 29.07.2014
KATV-yə nə olub?

KATV-yə nə olub?

Ramazan bayramı ərəfəsində Bakı sakinlərinin kefinə soğan doğranılıb. Belə ki, kabel televiziyası olan KTV-nin fəaliyyətində problemlər yaranıb. ANS PRESS-ə müraciət edən oxuçular bildiriblər ki, artıq bir neçə gün idi KATV abonentləri şirkətin xidmətindən normal istifadə edə bilmirlər.Belə ki, şirkətin yayımladığı xarici kanallarda siqnal ya tamam itir, ya da istənilən səviyyədə verilmir. Problemin bayram ərəfəsində, insanların evdə olduqları vaxt baş verməsi isə kütləvi halda narazılığa səbəb olub. Çünki çoxu evdə istirahət zamanı televiziya izləmək istəyir. Yaranan problem isə nəinki xarici kanalları, hətta yerli kanalları belə izləməyə imkan verməyib.Sakinlərin şikayətinə görə, dəfələrlə bu barədə şirkətə müraciət etmək istəyiblər. Lakin KTV-nin “qaynar xətti” işləməyib. Vətəndaşların sözlərinə görə, şirkətə zəng edən zaman ya telefona cavab verilməyib, yaxud da, sadəcə avtocavablayıcı qoşulub.KATV-dən bildiriblər ki, həqiqətən də, bir neçə gün kanalların yayımında problemlər olub. Lakin şirkətin mətbuatla işləyən əməkdaşı Pərviz Qasımov işdə olmadığı üçün bizə ətraflı məlumat verilməyib. Sadəcə problemin həll olunduğunu bildirməklə kifayətləniblər: “Kanalların yayımında texniki nasazlıq yaranmışdı. Bu səbəbdən də, bizim yayımladığımız kanallar 2 gün işləmədi. Problemin nə səbəbdən baş verməsi ilə bağlı dəqiq bir söz deyə bilmərik. Lakin onu deyə bilərik ki, hazırda KTV-nin fəaliyyətindəki problem tam aradan qaldırılıb. Yaranmış problemlər zamanı vətəndaşların ödədikləri xidməthaqqı barədə də hələlik bir söz deyə bilmərik”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM