Küçədə mina tapıldı- Azərbaycanda

22:49 | 18.07.2014
Küçədə mina tapıldı- Azərbaycanda

Küçədə mina tapıldı- Azərbaycanda

Cəlilabad rayonunda bomba həyəcanı yaşanıb. 

APA xəbər verir ki, hadisə şəhərin Hüseyin Cavid küçəsində qeydə alınıb. Belə ki, qazılmış kanalizasiya xətləri üçün gətirilmiş torpaq arasında üzə çıxan dairəvi dəmir parçası uşaqlardan başqa heç kimi maraqlandırmayıb. Küçədə oynayan uşaqlar üzə çıxan əşyanı traktorun ehtiyat hissəsi olduğunu zənn edərək, onu evlərinin lap yaxınlığına aparıblar. Lakin həmin küçədə yaşayan Rafət Məmmədov  əşyanı diqqətlə nəzərdən keçirdikdən sonra onun heç də adicə dəmir parçası deyil,  tank əlieyhinə  partlamamış mina olduğu qənaətinə gəlib.

Hadisə yerinə  çağırılan rayon polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal ərazini nəzarətə götürməklə sakinlər buradan uzaqlaşdırıblar. Daha sonra hadisə yerinə gəlmiş Daxili qoşunların minaların zərərsizləşdirlməsi üzrə mütəxəssislərinin köməyi ilə partlamamış hərbi  sursat ərazidən uzaqlaşdırlaraq zərərsizləşdirilib.

Qeyd edək ki, tapılan  mina 150 metr radisunda yerləşən yaşayış məntəqələrində güclü dağıntılar törətmək gücünə malik olub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM