Rəşad Alızadə Kəlbəcərdən məcburi köçkündür. Həyətlərindəki bu köhnə maşınla o, Kəlbəcərdən 5 yaşında olarkən ailəsiylə birgə çıxıb. Bu maşının Rəşadın həyatında xatirəsi böyükdür.
Anews.az xəbər verir ki, o, uzun müddətdən sonra bu maşını təmir elətdirib, Kəlbəcər azad olunandan sonra oraya bu avtomobillə qayıtmağı planlaşdırır. Rəşad deyir ki, tək oraya qayıtmaqla kifayətlənməyəcək, ömrünün çox hissəsini də Kəlbəcərdə keçirəcək.
Fotolar: Nəcəf Ruslanoğlu
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !