Kəmaləddin Heydərov cənuba xüsusi komissiya göndərir

12:24 | 31.10.2015
Kəmaləddin Heydərov cənuba xüsusi komissiya göndərir

Kəmaləddin Heydərov cənuba xüsusi komissiya göndərir

Komissiya üzvləri Masallı rayonunda yağıntıların yaratdığı fəsadların aradan qaldırılması üçün görülən işlərlə tanış olublar

Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyası son günlər yağan güclü yağış səbəbindən yaranmış vəziyyətlə əlaqədar olaraq helikopterlə cənub bölgəsinə səfər edib.

"Report" xəbər verir ki, komissiya üzvləri Masallı rayonunda yağıntıların yaratdığı fəsadların aradan qaldırılması üçün görülən işlərlə tanış olmaq üçün əraziyə baxış keçiriblər.

Qeyd edək ki, son bir günlər yağan güclü yağış Masallı çayının daşmasına və Lənkəran ərazisindən axan Qumbaşı çayına birləşməsinə səbəb olub. Nəticədə Lənkəranın Qumbaşı kəndində çayın kənarındakı bənd uçub və 300 evi sel suları basıb.

Hazırda Boladi kəndində də ağır vəziyyət yaranıb, xilasetmə tədbirləri görülür.  


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM