Kəmaləddin Heydərov kadr dəyişikliyi etdi

17:12 | 28.04.2014
Kəmaləddin Heydərov kadr dəyişikliyi etdi

Kəmaləddin Heydərov kadr dəyişikliyi etdi

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi həyata keçirilib. AzNews.az-a daxil olan məlumata görə, nazirlik yarandığı vaxtdan qurumun mətbuat xidmətinin rəhbəri olan Tural Müseyibov vəzifəsindən çıxarılıb. Onun yerinə isə İTV direktorunun sabiq müavini Oqtay Bayramov təyin edilib. Xatırladaq ki, uzun illər “AzərTAc”da müxtəlif vəzifələrdə çalışan Oqtay Bayramov bir müddət İctimai Televiziya və Radio Yayımları (İTV) Şirkətinin sədr müavini postunu tutub. İTV-nin yeni rəhbərliyi ilə aralarında yaranan anlaşılmazlıq səbəbindən isə telekanaldan uzaqlaşıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti