Kəmaləddin Heydərovun olay yerində görünməməsi sosial şəbəkələrdə bəzi müzakirələrə yol açıb.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib ki, həmin gün nazir müavinləri və digər rəhbər şəxslər hadisə yerində olublar.
G.Mehdiyeva nazirin hadisə yerinə gəlməməsi sualını cavabsız qoyub.
O eyni zamanda bildirib ki, nazirliyin mütəxəssisləri əraziyə baxış keçiriblər:
"Nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, torpaq sürüşməsi nəticəsində Bibiheybət məscidi istiqamətindəki yol nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !