Yaxın gələcəkdə ABŞ administrasiyasının sabiq mətbuat katibi Cey Karni Amerika nəhəngi “Apple” korporasiyasının mətbuat xidmətinə rəhbərlik edəcək.Bununlada Karni bu ilin əvvəlində vəzifəsini tərk edən Keti Kottonu əvəz edəcək.ANS PRESS-in məlumatına görə, Karni Ağ Evin mətbuat katibi kimi 2011-ci ilin əvvəlindən həmin ilin iyun ayına kimi fəaliyyət göstərib. Bundan əvvəl o Time həftəlik nəşrinin Mayami bürosuna rəhbərlik edib və vitse-prezident Co Baydenin kommunikasiya məsələləri üzrə rəhbəri vəzifəsində çalışıb.Qeyd edək ki, sözü gedən vəzifəyə şirkətdən olan digər namizədlər də nəzərdə tutulurdu. Keçən ay “Apple” şirkətinin icraçı direktoru Tim Kuk bildirmişdi ki, ictimaiyyətlə əlaqələrdə daha dostsevər və açıq sözlü komanda görmək istəyirəm.ANN.Az