• $ 1.7
  • € 1.9615
  • ₽ 0.021291
  • ₺ 0.0401
  • £ 2.2254

Keçmiş “Məhsul” stadionu təmirə bağlanır

Keçmiş “Məhsul” stadionu təmirə bağlanır
22.11.2013 16:09
Yasamal rayonu ərazisində yerləşən Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunun (keçmiş “Məhsul” stadionu) təmirə bağlanacağı barədə Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərilib. Bu barədə APA-ya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov məlumat verib. Onun sözlərinə görə, stadion prezident seçkiləri ilə əlaqədar keçirilən mitinqlər nəticəsində bərbad vəziyyətə düşüb və təmirə bağlanmasına qərar verilib. N. Ağamirov bildirib ki, stadionun 10-15 günə təmirə dayanması nəzərdə tutulur: “Stadionda mitinq keçiriləndən sonra təxminən 10 gün təmizlik işləri aparmaq lazım gəlir. Stadionun yararsız vəziyyətə düşməsi idmançıların işini çətinləşdirir”. N. Ağamirov deyib ki, sonuncu mitinqdən sonra stadionun təmirə bağlanacağı haqqında Bakı Şəhər İcra Hakimiyyətinə məlumat xarakterli məktub göndərilib: “Məktubda qeyd olunub ki, stadion idman qurğusudur və burada keçirilən mitinqlər məşqlərə əngəl törədir. Buna görə də gələcəkdə müraciət olarsa, aksiyaların digər münasib yerlərdə keçirilməsi nəzərdə tutulsun. Yəqin ki, Bakı Şəhər İcra Hakimiyyəti müraciətimizi nəzərə alacaq”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 21:22
Bu ərazilərdə qaz olmayacaq
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Cəmiyyət 19:53
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı saxlanılan klinika direktoru həbs edilib
Cəmiyyət 18:59
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı saxlanılan klinika direktoru həbs edilib
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında
Cəmiyyət 18:42
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında
Naftalanda sanatoriyada meyit tapılıb
Cəmiyyət 18:07
Naftalanda sanatoriyada meyit tapılıb
Nazir İtaliyaya rəsmi səfərə gedib
Cəmiyyət 17:47
Nazir İtaliyaya rəsmi səfərə gedib
Kürdəmirdə canavarlar kəndə hücum etdi: bir ailənin 16 qoyunu tələf olub
Cəmiyyət 17:38
Kürdəmirdə canavarlar kəndə hücum etdi: bir ailənin 16 qoyunu tələf olub
Bakıda binada yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 17:16
Bakıda binada yanğın söndürülüb - Yenilənib
Moskva istiqamətində uçan 9 PUA vurulub
Cəmiyyət 17:01
Moskva istiqamətində uçan 9 PUA vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol