Çökən səkidən daha bir xəbər

14:51 | 16.07.2014
Çökən səkidən daha bir xəbər

Çökən səkidən daha bir xəbər

Dünən Həsən Əliyev 25 ünvanında gedən əsaslı təmir işləri ilə əlaqədar səkiyə çıxan dolu yük maşınının səkinin çökməsinə səbəb olduğu və qəza yarandığı haqda xəbər vermişdik. 
“Aztelekom” İB-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, hadisənin baş verdiyi ərazidən “Aztelekom” İB-nin, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin və özəl rabitə şirkətlərinin internet kabel xətləri keçir.
“Aztelekom” İB-nin texniki direktoru Zahir Vəliyev ərazidən birliyə aid yalnız bir kabel xəttinin keçdiyini bildirib: “Operativ briqada dəstələri hadisə yerinə baxış keçirib. Kabel kanalizasiya quyusu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə məxsusdur. “Aztelekom” İB-nin kabel xətləri zədələnməyib. Ərazi nəzarətdədir”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM