Kənan Hacının vəziyyəti ağırdır: “Mənə lazım olan dərmanları vurmadılar”

13:28 | 05.11.2015
Kənan Hacının vəziyyəti ağırdır: “Mənə lazım olan dərmanları vurmadılar”

Kənan Hacının vəziyyəti ağırdır: “Mənə lazım olan dərmanları vurmadılar”

Hepatit-C xəstəliyindən əziyyət azərbaycanlı yazıçı Kənan Hacının vəziyyəti ağırdır. 

Bu barədə AzNews.az-a K.Hacı özü məlumat verib. Onun sözlərinə görə, bir neçə ay bundan öncə Səhiyyə Nazirliyinin dəstəyi ilə müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə Hepatit-C xəstəliyi ilə bağlı ona lazım olan dərman preparatları vurulmayıb: "Hepatit-C-yə qarşı olan əsas iynələr vurulmayıb, dərmanlar qəbul etməmişəm. Əsaslı müalicə olunmadığımdan ağrayıram. Xəstəxanada olduğum 10 gün ərzində məni yüngülvari müalicə etdilər. Yəni, vitaminlər vurdular ki, bədən möhkəmlənsin. Xəstəliyin qarşısını almaq üçün virusa qarşı heç nə edilməyib. Özüm də kirayədə qalıram. Bilmirəm kirayə pulu verim, yoxsa özümə dərman alım”.

Yazıçı qeyd edib ki, xəstəxanadan çıxandan sonra Səhiyyə Nazirliyindən heç kim onunla əlaqə saxlamayıb: "Hamı vəziyyətimi bilir, kimə nə deyim? Kimisə bezdirmək istəmirəm. O vaxtdan işə getmirəm. İşə getməyə gücüm yoxdur. Ayaqlarım tutulur, kürəyim ağrayır. Evdə yeriməyə belə taqətim qalmayıb”. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM