Kənan M.M azadlığa çıxacaq

17:00 | 30.07.2014
Kənan M.M azadlığa çıxacaq

Kənan M.M azadlığa çıxacaq

Həmkarını döyməkdə ittiham olunan məşhur rejissor Kənan MM yaxın saatlarda azadlığa buraxılacaq. Bu barədə publika.az-a onun yaxınlarından biri məlumat verib.
 
Mənbənin verdiyi məlumata görə, Vüqar rejissordan şikayətçi olmadığından və tərəflər barışdığından məsələ sülhlə həllini tapıb.
 
Qeyd edək ki, Binəqədi Rayon Prokurorluğundan  rejissor barəsində  xuliqanlıq maddəsilə cinayət işi açılıb.
 
Hadisəyə səbəb Kənan MM-lə “Yeni ulduz” layihəsinin qalibi, müğənni Vüqar Muradov arasında yaranmış  mübahisə olub.
 
ATV kanalında  yayımlanan “Ulduzların döyüşü” müsabiqəsində  yarışan Vüqar Muradovun Kənan MM-ə qalib gəlməsi rejissorun qəzəbinə  səbəb olub və o, V.Muradovun ünvanına mətbuatda kəskin açıqlamalar verib.
Beləliklə, onların arasında mübahisə düşüb.  Mübahisədən sonra Kənan idmançı dostları ilə birlikdə müğənnini döyüb.
Bu səbəbdən də  rejissor həbs olunub və barəsində  cinayət işi başlanıb.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM