Kerri: “Hakimiyyət dəyişməyincə Suriya dinc ölkə olmayacaq”

20:08 | 13.05.2015
Kerri: “Hakimiyyət dəyişməyincə Suriya dinc ölkə olmayacaq”

Kerri: “Hakimiyyət dəyişməyincə Suriya dinc ölkə olmayacaq”

 ABŞ hesab edir ki, Suriyada hakimiyyətin dəyişilməsi baş verməyincə bu ölkə dinc dövlət olmayacaq.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri bildirib.   
 
"Biz dəfələrlə bunu bəyan etmişik, biz hesab edirik ki, Suriyanın problemləri siyasi yolla həll edilməyincə, hakimiyyət siyasi yolla dəyişməyincə bu ölkə heç vaxt dinc dövlət olmayacaq”, deyə Kerri Rusiya prezidenti və XİN rəhbəri ilə görüşündən sonra bildirib.    
 
"Biz görürük ki, hakimiyyətin bu cür təslim edilməsi dəstəklənməlidir”, deyə Kerri vurğulayıb.   

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti