“Kim istəyir qalsın Sovetskidə” – Abid Şərifov

14:53 | 16.10.2014
“Kim istəyir qalsın Sovetskidə” – Abid Şərifov

“Kim istəyir qalsın Sovetskidə” – Abid Şərifov

“Kim deyə bilər ki, evləri sökülən sakinlərə vəsait ödənilməyib”. “Qafqazinfo” xəbər verir ki, bunu  Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov  deyib. Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı prezidentin sərəncamının icarsının hazırkı vəziyyəti haqda danışan A. Şərifov bildirib ki, indiyə qədər sənədli və sənədsiz evləri sökülən heç kəs kompensasiyasız qalmayıb: “İstər şəhər mərkəzi, şəhər kənarında, istər mikrorayonlarında yaşayan, elə “Sovetski”nin özündə də sənədsiz yaşayan sakinlərə bir nəfər kimi vəsait ödənilib. Belə şey ola bilməz. Xutor dediyimiz ərazidə yaşayanların 90 faizinin evi sənədsiz idi”.Abid Şərifov “Sovetski”dən evlərini tərk etmək istəməyən vətəndaşların taleyinə də aydınlıq gətirib: “Çıxmaq istəmirlər yaşasınlar orada. Heç kim oradan zorla çıxarılmayacaq. Bundan söhbət belə gedə bilməz. Kim istəyir qalsın orada”.Baş nazirin müavini kompensasiyaların azlığı ilə bağl deyilənlərə də aydınlıq gətirib: “Yəqin ki, “Sovetski”də evlərin durumundan xəbəriniz var. 1500-dən yuxarı qiyməti yoxdur. Sahəsi də az olduğu üçün vəsait az ödənilir”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM