Kirayə pulunu verə bilməyən ana 10 yaşlı oğluyla birlikdə intihar etdi - VİDEO

13:45 | 08.02.2019
Kirayə pulunu verə bilməyən ana 10 yaşlı oğluyla birlikdə intihar etdi - VİDEO

Kirayə pulunu verə bilməyən ana 10 yaşlı oğluyla birlikdə intihar etdi - VİDEO

Ana 10 yaşlı uşağı ilə birlikdə intihar edib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 10 yaşlı uşağını qucağına alan qadın onunla birlikdə körpüdən tullanaraq canlarına qəsd edib.

Onların hər ikisi hadisə yerindəcə keçinib.

Hadisə Kolumbiyanın Tolima vilayətində baş verib. Xilasetmə dəstəsi 32 yaşlı Essy Paola Moreno Cruzu intihar fikrindən daşındırmaq istəsələr də, La Variante Bridge körpüsünə çıxan qadın oğlu ilə birlikdə 100 metr hündürlükdən özünü atıb.

Yerli mətbuatın yazdığına görə, qadın maliyyə problemlərinə görə intihar edib. O, yaşadığı evdən çıxarılması səbəbindən özünü və övladını öldürüb. Qadının kirayə pulunu ödəməyə imkanı çatmayıb.

Milli.Az hadisə ilə bağlı fotoları təqdim edir:

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb